İranda keçmiş şah rejiminin bayrağı qaldırılıb | VİDEO

İranda keçmiş şah rejiminin bayrağı qaldırılıb    | VİDEO
  10 Yanvar 2026    Oxunub:894
Tehranın Səadətabad rayonunda etirazçılar 1979-cu il İslam inqilabından əvvəl ölkənin rəsmi milli bayrağı olan “Aslan və Günəş” simvollu İran bayrağını qaldırıblar.
AzVision.az xəbər verir ki, əvvəlki gün internetin bağlanmasına və etirazların zorakılıqla dağıdılması ilə bağlı məlumatlara baxmayaraq, yanvarın 9-da axşam saatlarında paytaxtın şimal-qərbində, Saadatabad meydanında böyük izdiham toplaşıb.

“İran İnternational” telekanalı tərəfindən əldə olunan görüntülərdə çoxlu sayda etirazçının şüarlar səsləndirməsi və inqilabdan əvvəlki İranla bağlı simvollar nümayiş etdirməsi göstərilir.



Telekanal həmçinin Təbrizdə etiraz aksiyalarının videogörüntülərini yayıb. Nümayişçilər İranın ali dini lideri Əli Xamneyi əleyhinə şüarlar səsləndiriblər.

Bu arada İrandakı İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) ümumxalq etirazlarında ən azı 65 nəfərin, o cümlədən 7 yeniyetmənin öldürüldüyünü, yüzlərlə insanın isə yaralandığını bildirib.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   etirazlar  



Xəbər lenti